İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
“Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir”.
“Minval.info” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Katovitsa şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasının iştirakçılarına videoformatda çıxışında deyib.
“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”, – Prezident İlham Əliyev bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İnsanları zəhərləməyə çalışan şəxslər həbs edildi - Azərbaycanda
Qadının ata bağlanaraq döyülməsi ilə bağlı araşdırma başladı - RƏSMİ
Evdən çıxmaq istəyənlər belə icazə alacaq
Dişləri korlayan 11 ərzaq məhsulu
Prezidentdən daha bir sərəncam - İcra başçısı işdən azad olundu - Foto
Ramin Hacılı ilə birgə saxlanılanların adları açıqlandı - Siyahı