22.11.2026 - 12:24
RƏSMİ 268 baxış

Azərbaycan vətəndaşları bu ərəb ölkəsinə vizasız gedə biləcək - RƏSMİ

Baku.ws-ın məlumatına görə, Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında səyahət imkanlarını asanlaşdırmaq və turizmin inkişafını təşviq etmək məqsədilə yeni bir addım atılıb. Belə ki, 2026-cı ilin 22 noyabr tarixindən etibarən hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq vizasız rejimdən yararlana biləcəklər.

Azərbaycanın Dövlət Miqrasiya Xidmətindən verilən məlumata əsasən, yeni qaydalarla hər iki ölkənin vətəndaşları digər ölkəyə vizasız daxil ola, oradan çıxa və tranzit keçə biləcəklər. Hər 180 günlük müddət ərzində 90 günədək həmin ölkədə qalmaq icazəsi olacaq.

Qeyd olunmalıdır ki, Azərbaycan ərazisində 15 gündən artıq müddətə qalan əcnəbilər müvafiq qaydada qeydiyyata alınmalıdır. Həmçinin, əcnəbilərin ölkədə qalma müddəti bitmədən əvvəl bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün “ASAN xidmət” mərkəzlərində və ya Dövlət Miqrasiya Xidmətinin rəsmi saytından müraciət etmələri tələb olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: