İlansancmaların ən çox olduğu rayonlar açıqlandı - Avqustda daha da artacaq
Yay fəslində Azərbaycanda ilansancma hadisəsinin daha çox qeydə alındığı rayonlar açıqlanıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, bu rayonlar Qəbələ, Şirvan, Hacıqabul, Kürdəmir, Yevlax və Bərdədir.
Baş həkim bildirib ki, rəhbəri olduğu şöbəyə ən çox müraciət adıçəkilən rayonlardan gəlir:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Bakı və ətraf qəsəbələr, o cümlədən Xəzər və Qaradağ rayonları, Güzdək və daş karxanası olan ərazilərdən də tez-tez müraciətlər daxil olur. Amma Xaçmaz, Şirvan, Şamaxı, Yevlax, Bərdə, Qəbələ, Tovuz, Şəmkir, Gəncə və cənub rayonlarından müraciətlər üstünlük təşkil edir”.
A.Maqsudov qeyd edib ki, ilansancma faktları, əsasən, aprel ayından başlayır:
“Apreldən bu günə kimi 47 hadisə baş verib. Bunlar, əsasən, gürzə sancması faktıdır. Onlardan 16-nın vəziyyəti kəskin ağır olub. Hətta ilansancma ilə bağlı müraciət edənlər arasında dörd az yaşlı uşaq da olub. Amma Toksikologiya şöbəsində ölüm faktı qeydə alınmayıb”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Baş həkimin sözlərinə görə, avqustda da havalar isti olacağı üçün müraciətlərin sayı bir qədər arta bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var