İki təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana gətirildi
İki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Minval.info xəbər verir ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.
Hər iki şəxs Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətiriliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qanuni oğru' ifadəsi həbs səbəbi deyil
Bakıda avtomobil ağaca çırpıldı: 1 nəfər öldü
Bakıda qız qaçıran gənc 10 gün həbs edildi
Keçmiş nazirin həbs müddəti daha uzadıldı
Əli Vəliyev məhkəmə qərarına etiraz edir
Emin Ağalarovdan uşaqlıqda oğurluq etirafı
Türkiyə Aİ-ni Kipr məsələsində qərəzsizlikdə ittiham edir