“İki günlük qadağaya görə aylıq ərzaq almağa ehtiyac yoxdur”
Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son günlər koronavirusa yoluxmanın artmasının qarşısını almaq üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu evdən çıxmağı qadağan edib. Lakin bu qərardan sonra paytaxt sakinləri kütləvi şəkildə marketlərə gedib. Bəzi mağazalarda piştaxtaların boşaldığı, obyekt daxilində sıxlıq yarandığı müşahidə olunub.
Millət vəkili Vahid Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda ərzaqla əlaqədar problem yoxdur:
“Kifayət qədər ərzaq ehtiyatımız var. Həftəsonu qapanma ilə bağlı qəbul edilən qərarı düzgün hesab edirəm. Çünki insanlarımız Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etmirlər. İctimai yerlərdə, avtobusda, metroda, marketlərdə maska taxmırlar. Buna görə də son vaxtlar koronavirusa yoluxanların sayı artıb, hətta bir gündə 350-yə yaxın rəqəmə çatdı. Buna uyğun olaraq da düzgün qərarlar qəbul olundu. İki gün ərzində marketlər bağlı olacaq, amma burada ciddi problem yoxdur. İki günlük kiçik həcmdə zəruri olan ərzaqları alsınlar. Bu, iki günlükdür, birinci gündən hər şey adi qaydada davam edəcək.
Vətəndaşlara müraciət edirəm ki, mənim aldığım məlumata görə, Azərbaycanda kifayət qədər ərzaq ehtiyatı var. Heç bir ajiotaja ehtiyac yoxdur. Əsas məsələ ərzaq almaq deyil. Əsas məsələ odur ki, biz pandemiyadan qorunmaq üçün qaydalara əməl edək. Dövlət başçısı özü Tərtərdə olanda maska taxmışdı. Bununla da Prezident nümayiş etdirdi ki, insanlar özünü qorumaq üçün bu vasitələrdən istifadə etməlidir.
Elə insanlar var ki, iki günlük qapanma üçün bir neçə aylıq ərzaq alır. O da öz dünyagörüşünə uyğun hərəkət edir. Amma buna ehtiyac yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev 3 sərəncam, 8 fərman imzaladı
İcra başçısı bacanağını özünə köməkçi təyin etdi
"Grand Plaza” cərimələnib
2 yaşlı uşaq qaynar suda yandı - FOTO
"Həzi Aslanov" stansiyası təmir dövründə bağlı olmayacaq - RƏSMİ
Bürclər - 16 mart
Alpinistlərin ölümü ilə bağlı hər şeyin üstü açıldı