İcra hakimiyyətinin binasının qarşısında biabırçı mənzərə - Fotolar
Bakının Binəqədi rayonunda yerləşən parkda təmizliyə riayət edilmir.
Minval.info xəbər verir ki, rayonun ən böyük istirahət məkanı sayılan “Heydər” parkının görüntüsünə görə ürəkaçan mənzərəsi olsa da, “daxili gözəlləyi” narazılıq yaradıb. Belə ki, saytımıza müraciət edən sakinlər bildirib ki, parkın cəmi bir ayaqyolu var, lakin orada natəmizlik hökm sürür.
“Bu boyda parkın tualeti zibil içindədir. Əl-üz yuyanın altı dağılıb tökülüb, içində boş kapron butulkalar qoyulub ki, təbii ehtiyacını ödəyən adam istifadə etsin. Ayaqyolu antisanitar vəziyyətdədir. İstirahətə gəlirsən, insanıq, təbii ehtihacını ödəmək istəyirsən, tualetə düşürsən, gördüyün mənzərə adamı dəhşətə gətirir. Yalnız təmizlik problemi deyil, ayaqyolunun şkafı xarabalığı xatırladır. Park düz rayon İcra Hakimiyyəti binasının qarşısında salınıb. Heç olmasa, buna görə, nəzarət olunmalıdır” – deyə sakinlər bildirir.
Şikayətçilərin göndərdiyi fotolardan da aydın görünür ki, parkın ayaqyolundakı təmizliyə nəzarət edən yoxdur. Eyni zamanda əl-üz yuyan çanaqların altının şkafı dağılmış vəziyyətdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ödədiyiniz ƏDV-ni geri alacaqsız - VİDEO
Yeni ayın havası - Meteohəssas insanların diqqətinə!
“Kontakt Home”da böyük fırıldaq - Oxuyun ki, aldanmayasınız
Vilayət Eyvazov Türkiyədə magistr təhsili almış 6 polisi vəzifəyə təyin edib
Ramil Usubovdan ciddi kadr dəyişikliyi - İri şəhərlərə təyinat










