İcra Hakimiyyəti şəhəri abadlaşdırmaq üçün 30 yaşlı bələdiyyə üzvünə 566 min manat verəcək
Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Abadlıq Təmir Təmizlik” MMC olub.
Şəki şəhər İcra Hakimiyyəti “Abadlıq Təmir Təmizlik” MMC-yə 2020-ci ildə Şəki şəhərində görüləcək (büdcədənkənar vəsait hesabına) abadlıq işləri üçün 566 min 582 manat 71 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Abadlıq Təmir Təmizlik” MMC 05.02.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfəndizadə Hafiz Amil oğludur.
Onu da bildirək ki, 1990-cı ildə anadan olan Əfəndizadə Hafiz Şəki bələdiyyəsinin üzvüdür. “Abadlıq Təmir Təmizlik” MMC dövlət qeydiyyatına alınan zaman Hafiz Əfəndizadə Şəki bələdiyyəsində baş torpaq mütəxəssisi vəzifəsində çalışıb. 2019-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürərək Şəki şəhər bələdiyyəsinə üzv seçilib.
Qeyd edək ki, “Bələdiyyə üzvünün statusu haqqında” Qanunun 13-cu maddəsinin tələblərinə görə, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026