26.08.2019 - 11:27
Ölkə
45 baxış
İcra başçısının Qaxda milyonluq istirahət mərkəzi - FOTOLAR
Zaqatala rayonun icra başçısı Mübariz Əhmədzadənin obyektləri üzə çıxıb.
“Minval.info” arqument.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
O qeyd edib ki, icra başçısı Qax rayonunun Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzinin sahibidir.

Həmin obyektin dəyəri isə milyonlarla ölçülür.
Araşdırmaçı sübut kimi 2008-ci ildə tikintisinə icazə verilmiş obyektin sənədlərini də təqdim edib.

Yazıdakı iddialara Zaqatala Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd: Mübariz Əhmədzadə 10 ildir ki, Zaqatalanın icra başçısıdır.
O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşıdır.







Açar sözlər:
#icra başçısı Mübariz Əhmədzadə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03
Sabahın hava proqnozu açıqlandı
07.10.2026 - 13:48
