İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı
Fevralın 24-də Bakı şəhər Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən mənzildə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 1967-ci il təvəllüdlü R.İbrahimovun yaşadığı mənzildə vəfat etməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Rövşən İbrahimov fevralın 25-də Qurd qapısı qəbiristanlığında dəfn edilib.
O, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır