İcra başçısının bacısı oğlu həbs edildi
Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev məhkəmə zalında həbs edilib.
“Minval.info” musavat.com-a istinadən xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babəl Alıyev, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hazırlıq iclasında Babək Alıyev və Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb.
Məlumata görə, Babək Alıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur.
Digər həbs edilən şəxs Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026