İcra başçısından oğluyla bağlı yayılan xəbərə reaksiya
Saatlı İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov oğlunun Kanadada mülklərinin olmasıyla bağlı xəbərlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını bildirib.
“Guya oğlum Anar İsmayılov Kanadanın paytaxtı Torontonun “North York” bölgəsində dəyəri 1 milyon 300 min dollar olan mülk alıb və həmin əmlakın alınmasına dair çıxarışın surəti yayılıb. Bildirirəm ki, yazıda qeyd olunanlar əsasız və böhtan xarakterlidir. Mən bunları rədd edir, dərc olunan sənədin saxta olduğunu bildirir və bəzi KİV-lərin reytinq naminə dəqiqləşmə aparmadan yalan məlumat yaymalarından dərin təəssüf hissi keçirirəm”, – deyə Nazim İsmayılov əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Musa Quliyev “Azərsu”yu sərt tənqid etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edilib
Lerikin 40-a yaxın kəndi günlərdir işıqsız qalıb
Aptekdən dərman aldı -İçərisində qara rəngdə qırıntılar aşkarlandı - VİDEO
Baş Nazir icra başçılarına çağırış etdi
Şimşək çaxacaq, yağış yağacaq