İcra başçısı birinci müavini vəzifədən azad etdi
Sabirabad rayon icra başçısı Həsən Həsənov müavinini işdən çıxarıb.
“Minval.info” bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə başçının işdən çıxarılan müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva məlumat verib. O bildirib ki, iyul ayının birindən artıq həmin vəzifədə çalışmır və tələsik də olsa onun yerinə təyinat edilib:
“Artıq ayın birindən mən müavin vəzifəsində çalışmıram. Tələsik yerimə təyinat da elədilər. Bu haqda heç nə deyə bilmərəm. Öz ərizəmlə işdən çıxmışam, heç maraqlanmamışam da yerimə kimi təyin ediblər”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında hələ də başçının müavini olaraq Şahnaz Babayeva göstərilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var