26.04.2020 - 13:21
Ölkə
17 baxış
İcazəsi olanlar da cərimələnə bilər - DİN-dən açıqlama
İcazəsi olan şəxslər qeyri-iş günlərində evdən başqa iş dalınca çıxacaqlarsa, onlar da məsuliyyəyə cəlb ediləcək.Minval.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
E.Zahidov qeyd edib ki, icazəsi olan şəxslər də digər vətəndaşlar kimi 8103 qısa SMS xidmətindən istifadə etməlidirlər:
“Çünki həmin şəxslərə icazə yalnız işə gedib-gəlmək üçün verilib. İstər jurnalist, istər fermer, istərsə də digər peşə sahibi olsun verilən icazədən sui-istifadə etməməlidir. Nəzərə almaq lazımdır ki, bütün bu tədbirlər ölkə vətəndaşlarının sağlamlığı üçündür. Kimsə bundan sui-istifadə edəcəksə, barəsində lazımi hüquqi ölçü götürüləcək”.
Qeyd edək ki, DİN mətbuat xidmətinin yaydığı məlumatda ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə biləcəyi açıqlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
20.10.2026 - 15:34
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18