İçərişəhərdəki restoranın damında söküntü başladı
İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır.
Minval.info xəbər verir ki, BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.
Bu, 1-ci vitse-prezident Mehriban Əliyevanın keçən həftə İçərişəhər ərazisində BBC News Azərbaycanca müxbirinin sualına cavabdan sonra baş verib. Mehriban Əliyeva “İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır” demişdi.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Müxbirlər cümə günü ərazidə olarkən tikintinin üst mərtəbəsində olan dəmir konstruksiyanın üzərinin beton örtüyü ilə bağlanıldığını görüb. Bu gün isə müşahidə edilib ki, həmin beton örtük fəhlələr tərəfindən sökülüb yerə tökülür.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi