İçərişəhərdə gizli yeraltı yollar var - AÇIQLAMA
İçərişəhərdə gizli yeraltı yolların olması ilə bağlı məlumatlar var.
Oxu.Az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələ orta əsrlərdə, bəlkə də, ondan əvvəlki dövrdə İçərişəhərdə bir neçə yeraltı yollar mövcud olub:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Bununla bağlı araşdırmalar aparılır. Arxeoloqlar və alimlər, eləcə də, tarixçilər bu mövzu ətrafında vaxtında kifayət qədər ciddi araşdırmalar aparıb. Əldə olunan nəticələr onu göstərir ki, bu yollar günümüzə olduğu kimi gəlib çıxmayıb. Həmin yolların bir neçəsi nə vaxtsa bizə məlum olmayan səbəblərdən beton və ya digər üsullarla bağlanıb.
Bu yolun əvvəldən axıra qədər mövcud olduğunu demək çətindir. Təəssüf ki, bu yolları tapıb bərpa etmək olmur. Yeraltı yolları aşkarlamaq və şəbəkə olaraq bir-birinə bağlamaq, yaxud da hər hansı məqsədlər üçün istifadə etmək qeyri-mümkündür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var