"Hüseyn Dəryanın qəbri açılacaq" - Reperin qızı
“20 günə yaxındır ki, verilişə gəlib-gedirəm. Artıq yoruldum, mövzudan yox, gəlib-getməkdən. Hazırda Türkiyədə təhsil alıram, buna görə dərsləri dondurmuşam. Məcburiyyət qarşısında Türkiyəyə getməliyəm”.
Bu sözləri mərhum reper Hüseyn Dəryanın qızı Ayşə “Bizimləsən” verilişində deyib. O, atasının qəbrinin açılmasını tələb edib:
“Bura gələndə Sona xanımın sözü o oldu ki, mənim sənə verəcəyim sualları xalq sizə verir. İndi mən ona deyirəm, mənim sənə verəcəyim sualları, xalq sənə verir. Niyə gəlmirsiz, kimdən qorxursuz və arxaya addım atırsız? Dediz, özünü sübut et. Anamı, bibimi götürdüm, alnım açıq DNT analizi verdim və sübut etdim. Sona xanım, siz niyə getmirsiz?
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hamı deyir, niyə belə iddialısan? Bura gələndə əminliklə bilirdim ki, qardaşımdır, sübut olunsun deyirdim. Amma artıq ağlımdakı suallara mənəvi olaraq cavab verirəm. Cahangir mənim qardaşım deyil, atamın mənəvi oğludur.
Türkiyəyə gedirəm, amma məsələni sonlandırmıram. Ömrümün sonuna qədər məsələnin üstünə gedəcəm. Lazım gəlsə, atamın qəbri də açılacaq, məsələyə aydınlıq gətiriləcək.
Sona gəlib desəydi ki, Cahangir Hüseyn Dəryanın mənəvi oğludur, bağışlayardım. Bağrıma basıb deyərdim ki, mənim mənəvi qardaşımdır. İndi isə tam əminəm ki, Cahangir Hüseynin mənəvi oğludur.
Sona xanım, gəlin verilişə deyin hər şeyi. Atamın ruhuna hörmətsizlik etməyin. Mən və bibilərim qəbrin açılmasına qədər gedib çıxacağıq. Türkiyədən qayıdandan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik”.
///Axşam.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda