Humaya heç kimin tanımadığı kanalda vəzifə verildi - FOTOLAR
Qalmaqallı Aparıcı Humay Muxtarovaya yeni vəzifə verilib.
Minval.info xəbər verir ki, bu barədə məlumatı aparıcı özü verib. H.Muxtarovanın sözlərinə görə, o, “F” adlı kanalda həm veriliş aparacaq, həm də müəlliflər departamentinin direktoru olaraq çalışacaq. Bununla bağlı paylaşım edən Humayın izləyiciləri, o cümlədən tanınmış prodüser Tarix Əliyev belə bir kanalın varlığından xəbərsiz olduqlarını yazıb. Biz də bəhs olunan kanalla bağlı informasiya əldə etməyə çalışdıq.
Məlum oldu ki, “F” adının açılışı “Farrux Media“dır və kanal internet üzərindən yayımlanır. Kanalın izləyici kütləsi isə demək olar ki, sıfırdır. Kanalın rəsmi saytında canlı yayım “twitch.tv” adlı pulsuz platforma vasitəsi ilə edilir. Qeyd edək ki, bu platforma əsasən yeniyetmələrin oyun oynayıb, bunu canlı yayımla təqdim etməsi üçün yaradılıb. Hər kəs hesab açıb, canlı yayım edə bilər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir


