16.11.2026 - 13:34
ABŞ və 9 ölkə arasında yeni süni intellekt anlaşması imzalandı
Dünya 233 baxış

ABŞ və 9 ölkə arasında yeni süni intellekt anlaşması imzalandı

ABŞ Dövlət Departamenti yeni bir beynəlxalq süni intellekt anlaşmasının əldə olunduğunu açıqlayıb. Bu anlaşma, “Pax Silica” təşəbbüsünün iştirakçısı olan ölkələr ilə ABŞ arasında “silikon tədarük zənciri”nin yaradılmasını hədəfləyir.

“San-Fransisko Bəyannaməsi” adı verilən bu sənəd, ABŞ ilə Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya arasında qabaqcıl süni intellekt texnologiyalarının inkişafı üçün zəruri infrastrukturun və tədarük zəncirinin gücləndirilməsini təmin edir.

Minval.info xəbər verir ki, bəyannamə iqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin əsas elementlərindən biri olduğunu təsdiq edir və süni intellekt sahəsindəki ortaq hədəflərin həyata keçirilməsi üçün işçi qrupunun yaradılmasını nəzərdə tutur.

Sənəd, süni intellekt tədarük zənciri baxımından əhəmiyyətli olan proqram təminatı, materiallar və komponentlər kimi həssas texnologiyalarla bağlı hər hansı bir təhdidin iştirakçı ölkələrin iqtisadi və milli təhlükəsizliyinə böyük risk yaradacağını vurğulayır.

“Pax Silica” təşəbbüsü ABŞ-ın rəhbərliyi ilə 2025-ci ilin dekabrında kritik minerallar, enerji və süni intellekt infrastrukturu kimi sahələri əhatə edən “silikon tədarük zənciri”nin yaradılmasına dair əməkdaşlıq olaraq elan edilmişdir. Bu təşəbbüsdə Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Hollandiya, Böyük Britaniya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: