16.11.2026 - 13:54
Qara dənizdə təhlükəsizlik: Bu ölkə Bakı, Ankara və İrəvanla danışıqlar aparacaq
Dünya 263 baxış

Qara dənizdə təhlükəsizlik: Bu ölkə Bakı, Ankara və İrəvanla danışıqlar aparacaq

Rumıniya Qara dəniz bölgəsində təhlükəsizlik və nəqliyyat əlaqələrinə dair Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı nəzərdə tutur. Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulasku məlumat verib.

Nekulasku, Brüsseldə keçiriləcək Avropa İttifaqı Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında, Qara dəniz regionuna yönəlmiş ayrıca nazirlər görüşünün təşkil ediləcəyini bildirib. Tədbirdə Avropa İttifaqının tərəfdaşlarının da iştirak edəcəyi gözlənilir.

Nazir, “Yalnız bağlantı deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir. Bu, çox vacibdir və tərəfdaşlarımızın fikirləri də çox vacibdir” ifadələrini işlədib.

O, Rumıniyanın regional tərəfdaşlarla bu mövzuların müzakirəsinə böyük önəm verdiyini vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: