Hindistanda ölümcül virus təhlükəsi: Uşaqlarımızı necə qoruyaq?
Hindistanda Çandipura virusunun yayılması ciddi narahatlığa səbəb olub. Bu təhlükəli virusun səbəb olduğu ölümlər arasında 22 uşağın həyatını itirdiyi bildirilib.
Minval.info xəbər verir ki, artan yoluxma halları ilə əlaqədar Hindistanda milli səhiyyə müdaxilə qrupu fəaliyyətə başlayıb. Mütəxəssislər virusun yayıldığı bölgələrdə araşdırmalar aparır, təmasda olan şəxsləri müəyyənləşdirir və xəstəliyin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər.
Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, Çandipura virusu əsasən qum milçəkləri, ağcaqanadlar və gənələr vasitəsilə yayılır. Vətəndaşlara həşərat dişləmələrindən qorunmaq və xəstəliyə şübhə yaradan əlamətlər müşahidə edildikdə dərhal tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş