Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb
Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.
Minval.info “India Today”ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.
Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.
Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə şirkəti sanksiya siyahısından çıxarıldı
İraq nefti yeni marşrutla Suriyaya daşınır
ABŞ SEPAH katerlərini raketlərlə məhv etdi
ABŞ Səudiyyəyə hərbi dəstəyi dayandırdı
Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ-ın İranla müharibəsi 42 milyarda çatdı
Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!