Almaniyada İranla bağlı gizli hərbi görüş baş tutdu
ABŞ, İsrail və bir sıra ərəb ölkələrinin yüksək rütbəli hərbi rəhbərləri İranla müharibə və regiondakı gərginliyi müzakirə etmək məqsədilə ötən həftə Almaniyada bir araya gəldilər.
Minval.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkil etdiyi bu qapalı görüşdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin baş qərargah rəisləri iştirak ediblər.
Görüşdə admiral Bred Kuper İranın ABŞ bazalarına hücumlarına baxmayaraq, Amerika qüvvələrinin regiondan çıxarılmayacağını vurğulayıb. O, həmçinin Hörmüz boğazında gəmi hərəkətinin genişləndirilməsi ilə bağlı ABŞ-nin planlarını iştirakçılara təqdim edib.
CENTCOM görüşün keçirildiyini təsdiqləyərək, Almaniyada planlaşdırılmış konfrans çərçivəsində səkkiz ölkənin yüksək səviyyəli hərbi rəhbərlərinin bir araya gəldiyini və Yaxın Şərqdə təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi imkanlarının müzakirə edildiyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranda COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır
Yəmən hökuməti Husi nəzarətindəki bölgələrə yeni qubernatorlar təyin etdi
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfər edəcək
Avropada nə baş verir: böhran daha da dərinləşə bilər
Şimali Kore yeni misket bombalı başlıq sınağı həyata keçirib
Almaniyada gənclərin təşkil etdiyi aksiyalar genişlənir
Skeleti 47,3 milyon dollara satdılar