16.09.2026 - 21:22
Dünya 12 baxış

Rusiyanın "Vampir" qumbaraatanı ilk dəfə Afrikada!

Rusiyanın modernləşdirilmiş “Vampir” qumbaraatanı ilk dəfə Afrikada təqdim olunacaq. “Rosoboroneksport” şirkəti tərəfindən hazırlanan RPG-29M, Cənubi Afrika Respublikasında keçiriləcək Africa Aerospace and Defence 2026 sərgisində nümayiş etdiriləcək. Minval.info xəbər verir ki, bu silahın yeni versiyası hərbi əməliyyatlar təcrübəsi nəzərə alınaraq hazırlanıb.

RPG-29-un ilkin versiyası 1989-cu ildə silahlanmaya qəbul edilib və tandem döyüş başlığı ilə dinamik mühafizənin arxasındakı 650 millimetrədək zirehi deşə bilir. RPG-29M-in əsas üstünlükləri arasında daha az çəki və təkmilləşdirilmiş erqonomika yer alır. Həmçinin, yeni versiyada nişangahla atəş məsafəsinin iki dəfə artırıldığı bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: