Hikmət Hacıyev: “Atamı axırıncı dəfə mart ayının 13-də görmüşəm”
“Ölkə ictimaətini narahat edən əsas mövzulardan biri də rayonlara gediş-gəlişin bərpa olunmasıdır. İstərdim ki, bu xoş xəbəri vətəndaşlarımıza çatdırım”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, öz də bu xəbərin verilməsində maraqlıdır:
“Səmimi etiraf edim ki, mən öz atamı axırıncı dəfə mart ayının 13-də görmüşəm. O, Gəncə şəhərində yaşayır. Mən də Bakıda yaşayıram. Biz axırıncı dəfə mart ayının 13-də övladımın ad günündə görüşmüşük. Biz də istərdik rayonlara gediş-gəliş olsun, öz valideynlərimizi görək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?