Heydər Əliyevin Ermənistandakı ata ocağı - FOTO - VİDEO

Şotland tədqiqatçı jurnalist Bredli Jardin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Ermənistandakı ata ocağının yeni görüntülərini paylaşıb.
Minval.İnfo Moderator.az-a istinadən xəbər verir ki, Ermənistanı gəzən əcnəbi jurnalsit martın 3-də özünün “Tvitter” səhifəsində Heydər Əliyevin ata yurdu, hazırda “Tanaat” adlandırılmış Sisyan rayonunun Comərdli kəndinin yeni fotolarını yayıb. Onun sözlərinə görə, ayrıca fotoda göstərilən uçuq divarları qalmış ev mərhum prezidentin ata ocağı olub. Xatırladaq ki, Əlirza kişinin ailəsi 1925-ci ilədək, yəni oğlu Heydər Əliyevin 2 yaşı olanadək bu kənddə yaşayıb.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"

Şotland jurnalist yazır ki, kəndin erməni sakinlərinin sözlərinə görə, hərdən Naxçıvandan azərbaycanlılar hərbi sərhədi keçərək Comərdliyə ziyarətə gəlirlər.
Oxuculara daha əyani olmaq üçün Comərdli kəndinin “You Tube” kanalındakı 2012 və 2014-cü ilə aid video-görüntülərini də təqdim edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir