“Heç bir hücum olmayıb, itkilərimiz yoxdur” - MN-dən açıqlama
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin açıqlamasını uydurma və dezinformasiya adlandırıb.
“Minval.info” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur.
“Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.
Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib