Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
“Report” xəbər verir ki, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026