"Hansı məclisə gedirsən deyirlər, televizora baxmıram" - Kamilə Babayeva
“Hər zaman yazırlar ki, Kamilə Babayeva artıq çəki alıb. İndi arıqlamışam… Evə hazır pəhriz yeməkləri gətirən şirkətlə danışmışam. 4 kiloqram çəki atmışam. düzdür, çox deyil, amma bədənimdə yığılma var”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Kamilə Babayeva deyib. Aparıcı arıqlamaq üçün ciddi pəhrizə başladığını söyləyib.
K.Babayeva yeni layihə istəməsi arzusunu da etiraf edib:
“Çox maraqlı layihələr istəyirəm. Adama elə gəlir ki, müəyyən vaxtdan sonra tükənərsən, istəməzsən. Yox, əksinə, nəsə yeni bir şey etmək istəyirsən. Amma darıxdırıcı nəsə istəmirəm. Ağlımda hazırda heç nə yoxdur. İnanıram ki, maraqlı nəsə olacaq”.
“Ən çox baxdığınız veriliş hansıdır” sualına aparıcı belə cavab verib:
“Kimisə qırmağı, birinin adını çəkim, biri qalsın istəmirəm. İstəyirəm ki, içi mən qarışıq bütün aparıcılar keyfiyyətli işlə tamaşaçı qarşısına keçsin. Televiziya vaxtı keçir. Hansısa məclisə gedirsən, deyirlər, televizora baxmırıq. Amma 10 dəqiqə sonra baxırsan danışırlar, məlumatlıdırlar. “Baxmıram” deyənlər də baxır. Amma baxıb zövq almaq, qürur duymaq lazımdır. Elə bir zamanın tez bir zamanda gəlməyini arzulayıram”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!

