Hannover hava limanında dron şoku: Uçuşlar iki saatlıq durduruldu
Almaniyanın Hannover-Langenhagen hava limanında naməlum bir dronun görünməsi səbəbindən fəaliyyət iki saatdan artıq müddətə dayandırılıb. Bu hadisə hava limanının işini tamamilə iflic edib.
Minval.info xəbər verir ki, dronun ilk dəfə yükdaşıma şirkətinin əməkdaşı tərəfindən müşahidə edildiyi, daha sonra isə polis patrullarının diqqətini çəkdiyi bildirilib. Hava limanı yerli vaxtla səhər saat 4-də tamamilə bağlanıb.
Bağlanmadan sonra hava limanının şimal uçuş-enmə zolağı yenidən istifadəyə verilsə də, dron bu dəfə “TUI Fly” aviaşirkətinin binası üzərində və perronda müşahidə olunub. Dron sonuncu dəfə saat 04:40-da qeydə alınıb və hava limanının fəaliyyəti yalnız saat 05:20-də tam bərpa edilib.
Hadisə nəticəsində bir yük təyyarəsi marşrutunu dəyişməli olub, bir neçə reys isə təxirə salınıb. Polis, müşahidə edilən dronun məlum mülki modellərdən heç birinə aid olmadığını və aşkarlama sistemlərindən yayınmaq qabiliyyətinə malik olduğunu düşünür.
Almaniya Federal Polisi mövcud antidron avadanlığı ilə hava limanının təhlükəsizliyini təmin etməkdə çətinlik çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım