Əhaliyə XƏBƏRDARLIQ - Sizə zəng edib bu məlumatları soruşsalar, cavab verməyin!
“Dələduzlar artıq “vishing” hücumlarına başlayıblar. “Phishing” hücumun səsli versiyası olan “vishing” hücumları Azərbaycanda yeni yayılmağa başlayıb”.
Minval.info xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir.
Müvafiq hallarla qarşılaşdığınızda hüquq-mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.
Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər”, – məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?