Hacı Əliyev: İki erməniyə qalib gəldiyim üçün, qələbəni hərbçilərə həsr edirəm
Gördüyünüz kimi, çox çətinliklə rəqiblərimə qalib gəldim. Sözsüz, istərdim ki, daha asan qalib gəlim. Ancaq hər görüşün öz çətinliyi var. Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.
Oxu.Az xəbər verir ki, bunu II Avropa Oyunlarında finala çıxan sərbəst güləşçimiz Hacı Əliyev deyib.
O deyib ki, bu qələbəni hərbçilərə həsr edir:
“Səhərdən elə düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, Olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə ona qalib gəlim.
Çalışıram ki, rəqib idmançılara xal verməyim. Əksinə özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar.
Bu gün gözəl gündür, Silahlı Qüvvələr günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi