Hacı İlqar İbrahimoğlu İran səfiri ilə görüşüb - mövzu Paşinyan...
DEVAMM sədri, ilahiyyatçı – filosof Hacı İlqar İbrahimoğlu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Minval.info xəbər verir ki, bu barədə İlqar İbrahimoğlu özünün Facebook səhifəsində məlumat yayıb.
İlahiyyatçı qeyd edib ki, görüşdə bəlli vəziyyətlə bağlı narahatlıqlarığını, fikirlərini çatdırıb: “Anlayışlı qarşılandı.
Cənab səfir fikirlərimizi çox pozitiv qəbul etdi. Özü də çox müsbət təəssürat bağışladı. Uca Allahdan diləyirik ki, məsələlərin xeyirli aqibətlə sonuclanması tofiqatını versin”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bildirək ki, bundan iki gün əvvəl İ. İbrahimoğlu Ermənistan prezidenti Paşinyanın İrana səfəri ilə bağlı Azərbaycan dindarları adından narahatlıq və tənqidlərini dilə gətirmişdi. Xüsusi video-açıqlama ilə çıxış edən Hacı İlqar İbrahimoğlu Paşinyanın məhz Xocalı soyqırımı günündə İrana səfər etməsini və Tehrandakı erməni klubundan yaydığı selfisini təxribat adlandırmışdı (video mətnin sonunda).
Səfirlə görüşün bu tənqiddən sonra baş tutmasını və müzakirələrin bu mövzuda olmasını xüsusi qeyd edirik.
https://youtu.be/FYATgzKL4ig
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda