Hacı İbrahim Nehrəmli: "Yanan bina bizə məxsusdur, qəsdən od vurublar”

Hacı İbrahim modern.az-a açıqlamasında faktı təsdiqləyib:
“Bəli yanğın olan bina bizə məxsusdur. Biz o binada yaşayanları köçürmüşük, yanan dağıntılardır. Ərazini almışıq, yeni yaşayış binası tikəcəyik”.
İş adamı dövlət komitəsinin yeni tələblər irəli sürdüyünü bildirib:
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qaydalarına əsasən, 10 bloklu bina tikilməsinə icazə verilmir. Bizə deyiblər ki, bina 3 bloklu ola bilər. Bu baxımdan tikinti dayanıb. Yanan yerdə isə köhnə evlər idi, sökülürdü, kabellər kəsilmişdi. Kimsə qəsdən kibrit vurub yandırıb. Biz də dərhal yanğınsöndürən çağırdıq. Yanğın söndürüldü. Yanğının yeni tikilən binamıza təsiri yoxdur. Əslində yanğının bizə ziyan yox, xeyri var ki, köhnə tikilinin yeri təmizlənir. “Hacı İbrahimin 3 mərtəbəli binası yandı” deyib məsələni şişirdirlər. Burada şişirdiləsi bir şey yoxdur”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?