Həyat yoldaşından küsən oğlan intihara cəhd etdi - VİDEO - Azərbaycanda

Gəncədə intihara cəhdinin qarşısı alınıb.
Minval.info-nun SİA-ya istinadən verdiyi xəbərə görə hadisə şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Gəncə sakini İsgəndərov İsgəndər binalardan birinin damına qalxaraq intihar etmək istəyib. Hadisə yerinə vaxtında gələn polis əməkdaşları və FHN-nin xilasediciləri ərazidə təhlükəsizlik tədbirləri görüblər. İntihara cəhdin qarşısı alınıb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub.
Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının evdən küsüb getməsi olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tovuzda FHN əməkdaşları 7 aylıq körpəni xilas etdilər
Bakıda qətl hadisəsindən öncə Ceyhunun qızına elçi gələcəkmiş
Oryolda raket hücumu: bir neçə nəfər həyatını itirdi
Gürcüstanda saxlanılan İbad Hüseynovdan açıqlama: "Düşməncəsinə davrandılar"
Sakit okean sahillərində 7.2 ballıq zəlzələ: sunami təhlükəsi elan olunub
Bakıda kafedə kütləvi dava: bir nəfər həyatını itirdi
Maradonanı müalicə edən həkimlərə həbs cəzası verilə bilər