Həsənağa Turabovun oğlu: "Atam haqqında yayılan məlumatlar yalandır"
Azərbaycan xalqının görkəmli aktyorlarından, xalq artisti mərhum Həsənağa Turabov haqqında sosial şəbəkələrdə əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılıb.
“Report”un xəbərinə görə, bu barədə xalq artisinin oğlu, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat məsələləri şöbəsinin inspektoru, polis polkovnik-leynetantı Yalçın Turabov bildirib ki, H.Turabov kiminsə həbs olunması ilə bağlı şahidlik etməyə məcbur edilməsi, buna cavab olaraq, polis əməkdaşını şillə ilə vurması ilə bağlı deyilənlər yalandır.
“Sosial şəbəkələrdə yazılanlarla bağlı ailə üzvlərimiz, atamın yaxınları bu barədə deyilənlərdən məlumatsızdır. Xahiş edirik ki, Həsənağa Turabov haqqında məlumatlar yayarkən onun ailə üzvləri ilə dəqiqləşdilmə aparılsın”, – deyə Y.Turabov əlavə edib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, görkəmli aktyor Həsənağa Turabov 2003-cü ildə 64 yaşında vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var