Həsən Ruhani: "Artıq qərara gəldik ki..."
İran Prezidenti heç bir halda ABŞ-la ikinci dəfə bir masa arxasında oturmayacaqlarını bildirib
Fransa Prezidenti Emanuel Makronla telefonda danışan Həsən Ruhani İranın bölgədə müharibə istəmədiyini söyləyib. AYNA xəbər verir ki, Ruhani Fransa ilə münasibətlərinə önəm verdiklərini deyib.
“İran həmişə sülh və əmin-amanlıq istəyir, bunun üçün çalışır. Əgər sözügedən razılaşmanın bütün tərəfləri öhdəliklərini yerinə yetirsəydi, indi bölgədə bu hallar baş verməzdi” – deyə Ruhani bildirib
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
ABŞ-ın birtərəfli nüvə razılaşmasından çıxmağının Avropa və İran xalqlarına təhlükə yaratdığını söyləyən Ruhani Avropa verdiyi sözlərə əməl etmədiyini qeyd edib: “İran razılaşmanın öhdəliklərinə məsuliyyətlə yanaşdığı üçün razılaşmadan çıxmır. Ancaq Avropa ölkələri verdiyi sözlərə əməl etmir. Buna görə də biz bu razılaşmanın 26-cı və 36-cı bəndlərini əsas alaraq üstümüzə düşən öhdəlikləri dayandırmaq qərarı almışıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda