Hərarəti olan məhkumlar daxili karantinə götürülüb
“Koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Ədliyyə Nazirliyində Monitorinq Qrupu yaradılıb”.
“Report”un məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.
O bildirib ki, qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkib:
“Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan şəxslər daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib”.
Ə.Nuriyev bildirib ki, qrup tərəfindən məhkumların ərzaq keyfiyyətinin monitorinqi də mütəmadi olaraq aparılıb:
“Ərzaqın keyfiyyyətinin yetərincə olması yoxlanılıb. Müəssisələrdə sanitar gigiyenik qaydalar nəzarətdə saxlanılır. Məhbuslara kənardan ərzaqların gətirilməsi dayandırılıb. Bundan başqa, Ədliyyə Nazirliyində bu məsələ ilə bağlı xüsusi Operativ Qərargah yaradılıb. Hər gün iki dəfə müəssisələrdəki vəziyyət barədə məlumat alınır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallının problemini ictimailəşdirdiyi ailəyə torpaq verildi
Azərbaycanda dərmanlarla bağlı — Yeni qadağa
Bakıda güclü YANĞIN: xəsarət alan var
Ali Məhkəmə sabiq deputatla bağlı qərar verdi
Xaçmazda ağaclara qarşı soyqırım
İmtahan nəticələri açıqlandı