Hər kəsin gözlədiyi final sabah olacaq - Video

“Netflix” ən çox izlənən və sevilən “La case de papel” serialının sabah son bölümləri yayımlanacaq.
Minval.info xəbər verir ki, məşhur ispan serialının final mövsümü 10 bölümdən ibarətdir. Onun ilk hissəsini tamaşaçılar sentyabrın 3-də izləyib. İkinci hissə isə dekabrın 3-də tamaşaçılara təqdim ediləcək.
Son bölümdə dəstənin İspaniyadakı bank soyğunçuluğunun necə nəticələnəcəyi nümayiş olunacaq. professorun komandası artıq uzun müddətdir ki, bu soyğunçuluqla məşğuldur. Final anonsu artıq bir neçə müddətdir sosial şəbəkələrdə yayımlanıb. Milyonlarla insan tanıtım çarxına şərhlər yazıb.
Qeyd edək ki, “La case de papel” kriminal dram janrındadır. İlk dəfə 2017-ci il mayın 2-də tamaşaçı qarşısına çıxan ekran işi böyük maraq doğurub. Əvvəlcə “Antena 3” kanalında nümayişə başlayan serial məşhur “Netflix”in diqqətini çəkib və onu almaq qərarına gəlib. Beləcə, “Kağız ev” “Netflix”in ən çox izlənən serialı olub.
https://youtu.be/Ciqa9C0_yrs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi