Hər gün toyda olan müğənnilər vaksin olunublar? - Açıqlama

Operativ qərargahın verdiyi qərara əsasən sentyabrın 1- dən etibarən Covid – 19 pasportu olmayan şəxslərin qapalı məkanlara girişi qadağandır. Bu qərar ən çox toy sahibkarlarına və incəsənət adamlarına çətinlik yaradır.
Verilmiş qərara əsasən toyda iştirak edən şəxslərin Covid -19 pasportu olmalıdır. Restoranlarda ciddi yoxlanış işləri aparılır və gün ərzində 2000-ə yaxın şəxs Covid – 19 pasportu olmadığı üçün şənliyə buraxılmayıb.
Biz də toy iştirakçıları ilə yanaşı incəsənət adamlarının vaksin olunub olunmadığını öyrənmək üçün onlarla əlaqə saxladıq.
Minval.info-nun kiçik sorğusu zamanı bəlli oldu ki, müğənnilərin çoxu vaksinasiyadan keçib. Olmayanlar da toysuz qalmamaq üçün vaksin vurdurmağa hazırlaşır. Amma müğənnilərin böyük hissəsi vurdurduqları peyvəndin adını bilmədi. Ya yaddaşları yaxşı deyil, ya da peyvənd olunmayıblar…
Afət Fərmanqızının “Covid – 19 peyvəndi olmusunuzmu“ sualına cavabı belə oldu – “Ailəliklə hamımız peyvənd olunmuşuq. Bu işə ciddi yanaşırıq. Özümüzü qorumalıyıq”.
Müğənni Lalə Məmmədova, Qurd ləqəbi ilə tanınan Fərid Eminov və aktyor Şəhriyar Əbilov da vaksin olunanlar sırasındadır. Onların hər ikisi “Sinovac”la vaksin ediliblər.
Manaf Ağayev isə deyir ki, “Mən ilk dəfə çıxanda vurdurmuşam. Növündən başım çıxmır. Onu uşaqlar bilir. Birinci dozanı da, ikinci dozanı da vurdurmuşam“.
Nadir Qafarzadə isə yenicə vaksin olunub: “Bəli. Birinci doza vurulub. İkincinin vaxtını gözləyirəm”
Daima toylarda iştirak edən sənətçilərin vaksinasiyadan keçməsi mütləqdir. Çünki bir toydan digərinə gedən, yüzlərlə insanla təmasda olan müğənnilər, toy aparıcıları daha məsuliyyətli olmalıdırlar. Vaksin olunmayıb toylarda iştirak edən hər kəs qanun qarşısında cavab verməli olacaq.
Nərminə Məmmədova
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım