Həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlanıb FOTO
Sabunçu rayonunda Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağasına əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin 15 ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zabrat qəsəbəsində yerləşən marketlərdən birində yerləşən dönərxananın fəaliyyət göstərdiyi məlum olub, Polislər tərəfindən həmin obyektin icarədarı paytaxt sakini İbrahim Novruzov, eləcə də orada işləyən Bakı şəhər sakinləri Tahir Eminov, Xəyal İsgəndərov, Ağasif İbrahimov və Ramin Məmmədəliyev barəsində inzibati protokol tərtib edilib.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Adları çəkilən şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1 ci maddəsi ilə 400 manat miqdarında cərimə ediliblər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu