Həftəsonu ilk Günəş tutulması olacaq
Bu ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək.
“Report” xəbər verir ki, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq.
Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada müşahidə ediləcək. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər.
Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nəhəng meduza tapıldı - İnsanla eyni boydadır + Video
“Cem Yılmaz Türkiyədə prezidenti seçkisinə namizəd olsun” – SORĞU
Fransada Osman adlı uşaq 25 il metrodan pulsuz istifadə edəcək - SƏBƏB
Gecə işləməyin sağlamlığa zərərləri aşkarlandı
17 yaşlı azərbaycanlı 56 min dollar təqaüd alacaq - Hamı Yasindən danışır