Həftəsonu havanın temperaturu yüksələcək
İyunun 13 və 14-də havanın temperaturu yüksələcək.
Minval.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.
Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, iyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.
İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026