Sabah 39 dərəcə isti olacaq – Hava proqnozu açıqlandı
Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, gecə havanın temperaturu 22-25°, gündüz isə 31-36° isti olacaq. Axşam saatlarında şimal-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz isə 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava proqnozlaşdırılır. Bununla belə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Rayonlarda gecə temperaturunun 21-26°, gündüz 34-39° isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 25-30° isti proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır