Əhəd Abıyev: "Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya düşmüşəm"
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin xəstəxanaya yerləşdirilidiyi, əməliyyat olunduğu haqda məlumat yayılıb.
Məlumatda bildirilir ki, başçı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, cərrahiyə əməliyyatı edilib. Ə.Abıyevin adından açıqlama da yayılıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib: “Böyrəyimə duz yığıldığı üçün, şiş əmələ gəlmişdi. Həmçinin böyrəyimdə kriatinin miqdarı artmışdı. Mərkəzi Gömrük Hospitalında əməliyyat olundum. Əməliyyatı lazerlə elədilər. İndi özümü yaxşı hiss edirəm. Şükür Allaha hər şey qaydasındadır”.
Musavat.com Əhəd Abıyevlə telefon vasitəsilə əlaqə saxlayıb, yayılan məlumata aydınlıq gətirib. O, bildirib ki, barəsində dərc olunmuş xəbər tamamilə yalandır: “Hazırda Daşkəsəndəyəm, iş başındayam, bir az öncə tədbir keçirmişik. İndi də sizinlə kabinetdən danışıram. Nə əməliyyat olunmuşam, nə də xəstəxanaya yerləşdirilmişəm. Görünür, bu, kimlərinsə oyunudur”. İcra başçısı haqqında yayılan məlumatları təxribat adlandırıb: “Bayaq bir nazir müavini zəng edib, mənimlə maraqlandı. Narahat olduğunu dedi. Ona da bildirdim ki, yayılan xəbər yalandı”.
Ə.Abıyev bildirib ki, onun adından yayılmış açıqlama da saxtadı: “Mən heç bir sayta açıqlama verib, deməmişəm ki, böyrəyimdən əməliyyat olunmuşam. Gümraham, səhhətimdə problem yoxdur, özümü normal hiss edirəm. Mənə görə narahat olan dostlara bildirirəm ki, narahatlığa əsas yoxdur. Hər şey qaydasındadır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın məhkəmə-hüquq sistemi ciddi islahatlar astanasında
Ziya Məmmədovun Bakıdakı villasında yanğın - YENİLƏNİB
"Təzəpir" məscidinin yanında aşkarlanan qalıqlarla bağlı rəsmi reaksiya
Azərbaycana qaytarılan girovun anasından açıqlama
Ən azı 100 deputat yenilənəcək - parlament seçkisi ilə bağlı yeni iddialar
