Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmayıb
Əvvəlki illərlə müqayisədə 2019-cu ildə Həcc ziyarətinə maraq azalıb. Bunun nəticəsidir ki, Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvota hələ də dolmayıb.
Qaynarinfo xəbər verir ki, 2019-cu ildə Həcc ziyarətinə Azərbaycandan 1400 zəvvarın getməsi üçün kvota müəyyənləşdirilsə də, ziyarətə az qalmasına baxmayaraq hələ də nəzərdə tutulan kvota dolmayıb. Belə ki, indiyədək Həcc ziyarətinə getmək üçün cəmi 1100 nəfər müraciət edib. Kvota dolmadığından Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sənədlərin qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu donanma fəaliyyəti ilə məşğul olan gəmilər dənizi çirkləndirir - SİYAHI
Hüseyn Abdullayevdən yeni xəbərlər var
İstirahət günlərinin hava proqnozu açıqlandı
Bakının bu günü: həyat donub, səs-səmir yoxdur
Gürcüstana avtomobillə gedənlərin nəzərinə! - VİDEO
Dövlət və özəl təşkilatlarda çalışanlar 3 qrupa bölünərək işləyəcəklər
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - Foto
