27.07.2019 - 12:12
Ölkə
1 baxış
Həcc ziyarəti üçün kvota dolub
Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvota dolub.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, sənəd qəbulu başa çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
39 dərəcə isti olacaq - PROQNOZ
19.08.2019 - 14:11
Azərbaycanda koronavirusun son mübarizəsi
09.09.2022 - 11:58
Putinin mətbuat katibi Nardaranda dincəlir
27.07.2018 - 21:58
DSX-nin polkovnik-leytenantı və 55 hərbi qulluqçusu işdən çıxarılıb
25.11.2019 - 17:35
Metro sərnişinlərinin nəzərinə: İş qrafiki dəyişdirilir
19.03.2019 - 12:45
Əbülfəz Bünyatov azadlığa buraxıldı
11.07.2019 - 08:26
Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”
13.12.2018 - 10:56
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni təyinat
27.09.2019 - 13:34