Həcc ziyarəti ödənişləri geri qaytarılmağa başladı - RƏSMİ
Bu il Həcc ziyarətinin ləğv olunması ilə Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib.
“Minval.İnfo” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib. Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq.
Vurğulanıb ki, 250 qədər insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə qaytarılacaq.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.
Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.
Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
“Minval.İnfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyulub
Mədət Quliyevin sosial şəbəkələrdə hesabı var? — DTX-dən açıqlama
ASAN-ın səlahiyyətləri niyə alındı?
“Müdafiə Nazirliyinin tabeliyində o adda hərbçi yoxdur”
İcra hakimiyyətinin binasının qarşısında biabırçı mənzərə - Fotolar