Həbs olunan başçının oğlu işdən çıxarılıb
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb.
Bunu “Qafqazinfo”nun sualına cavab olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, Ramal Quliyev həqiqətən də əvvəl Baş İdarənin əməkdaşı olub, lakin hazırda işləmir.
Kamran Əliyev bildirib ki, Ramal Quliyev özünün müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, R. Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib. Sabiq başçının digər oğlu Ramin Quliyev Nərimanov rayon məhkəməsinin hakimidir.
Xatırladaq ki, dekabrın 18-i DTX əməkdaşları tərəfindən saxlanılan Ağstafa icra başçısı Nizaməddin Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?