Gündüz İsmayılov: "Sosial şəbəkələrdə din pərdəsi altında anti-din təbliğatı aparan qruplar var"
“Sosial şəbəkələrdə din pərdəsi altında Azərbaycanda anti-din təbliğatı aparan qruplar var”.
APA xəbər verir ki, bunu “Dini Qurumlar və QHT-lər: Birgə Fəaliyyətin Təşkili və Əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, həmin qruplar Azərbaycanda deyil, xaricdədirlər.
G.İsmayılov bildirib ki, bu proses əsasən azərbaycanlıların da aktiv olduğu “Facebook” sosial şəbəkəsində daha çox olur: “Onlar Azərbaycanda din pərdəsi altında anti-din təbliğatı aparan saytlarla bu cür təbliğat aparırlar. Həmin saytlar Azərbaycanda deyil, xarici ölkələrdə fəaliyyət göstərirlər.
Çox istərdim ki, cəmiyyət, ictimai qurumlar sosial şəbəkələrdə bu cür qruplara mane olmaq üçün müzakirələr aparsın, aktiv fəaliyyət göstərməyi müzakirə etsin”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var