Günəş tutulması şousu: 2026-cı ilin Avqustunda səmada nələr baş verəcək?
2026-cı ilin avqust ayının 12-də ilin ikinci və sonuncu Günəş tutulması baş verib. Bu, tam Günəş tutulmasıdır və 2008-ci ilin avqust ayında baş verən tutulmanın təkrarıdır. Növbəti belə tutulma 2044-cü ilin avqust ayında gözlənilir.
Minval.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də sona çatacaq. Təxminən 4 saat 24 dəqiqə davam edəcək bu hadisənin maksimumu saat 21:46-da olacaq. Mərkəzi tutulma isə saat 20:57-də başlayıb və 22:30-da başa çatacaq. Tam tutulma zamanı Ayın kölgəsi Yer səthini tamamilə örtür və bu zaman Ayın görünən diametri Günəşin görünən diametrindən 1,0386 dəfə böyük olur.
Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində və Avropada müşahidə edilə bilər. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniya və Rusiyanın Krasnoyarsk şəhərində görünəcək və maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Təəssüf ki, bu təbiət hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım